Nazarbayev Ərdoğanla görüşəcək

Müəllif: Redaktor

Editor

photo_6826774Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə rəsmi səfərə gedib.

AzVision.az Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Hava Limanında Nazarbayevi Türkiyənin yüksək vəzifəli dövlət rəsmiləri qarşılayıb.

Qazaxıstan dövlət başçısı hava limanından Türkiyə prezidentinin rəsmi iqamətgahına yollanıb.

Səfər zamanı Nazarbayevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü nəzərdə tutulub. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də regional məsələlər müzakirə ediləcək.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır