Nazarbayev sağaldı, işə qayıtdı

Müəllif: Redaktor

Editor

Qazaxıstan prezidenti Nursultan Nazarbayev soyuqdəymədən sağalıb və artıq iş başındadır.

Nazarbayev bu gün ölkənin Baş prokuroru Jakip Asanovu qəbul edib.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev səhhətindəki problemlə əlaqədar planlaşdırılan Azərbaycan və Ermənistan səfərindən imtina etmişdi.

Xatırladaq ki, oktyabrın 14-də İrəvanda Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı ölkələrinin Şura iclası keçiriləcək. İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri iştirak etməsi planlaşdırılırdı.(azvision)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır