!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir açıqladı: “İtaliyaya qaçdılar..”

!Reklam – Yazi

f8b3b7c50e5dbe32bc51140e0f0f08d9Türkiyənin Yunanıstandakı hərbi attaşeləri İtaliyaya qaçıb.

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, ölkədə baş verən uğursuz hərbi çevriliş cəhdindən sonra Ankaraya çağırılan Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr attaşesi polkovnik İlhan Yaşıtlı və hərbi dəniz attaşesi polkovnik Halis Tunç ailələri ilə birlikdə bərəyə minərək İtaliyaya gediblər:

`Səudiyyə Ərəbistanından başqa ölkəyə qaçmaq istəyən Küveytdəki hərbi attaşemizi krallıq öz təyyarəsi ilə bizə göndərdi. Əfqanıstandakı iki general-mayor Dubaya gedib. Birləşmiş Ərəb Əmirlikləri də onları xüsusi təyyarə ilə Türkiyəyə təhvil verib. Diplomatlarımız arasında da qaçanlar var. Banqladeşdəki iki diplomatımız Nyu-Yorka qaçıb`.

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv