!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir: "Dövlət borcu ilə bağlı strategiya hazırlanır"  

!Reklam – Yazi

“Neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür”.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, dövlət borcunun idarə edilməsi üzrə strategiya hazırlanır.

“Ötən il ağır olmasına baxmayaraq, dövlət büdcəsi ilə mühüm sosial vəzifələrin icrasına nail olunub. İqtisadiyyatın yeni reallıqlara adaptasiyası baş verib. Bu həm dövlət, həm də özəl subyektlərə aiddir. Dividentlərlə bağlı proqnoz göstəricinin icra olunmaması maliyyə sektorundakı itkilərlə əlaqədar olub. Dividentlər maliyyə sektorunda fəaliyyət göstərən maliyyə qurumları tərəfindən həyata keçirilir. Ötən il bank sektoru üçün ağır il olub. Devalvasiya nəticəsində itkilər var idi, bununla bağlı dividentlərin ödənilməsində azalma olub” – nazir vurğulayıb.

S.Şərifov qeyd edib ki, cari ilin büdcəsində özəlləşmə ilə bağlı vəzifələr qoyulub: “Lakin sosial sektorun problemlərini də nəzərə almalıyıq”.

Nazir, həmçinin vurğulayıb ki, səhiyyə sahəsində bəzi tədbirlərin görülməsi ilə bağlı qərarlar verilib: “Bu sahədə böyük işçi qüvvəsi var. Bu sahənin özəlləşməsinə daha həssas yanaşılmalıdır. Mingəçevir və Yevlaxda İcbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihə uğurla həyata keçirilir. Layihə mərhələli şəkildə digər regionaları da əhatə edəcək”

Nazir siyasi partiyalara vəsaitin ayrılması məsələsinə də toxunub və bildirib ki, vəsait qanuna müvafiq ayrılıb və burada hər hansı problem yoxdur.

Yenicag.Az

www.yenicag.az

958
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv