Yazı İçi 468×60

121605_res_01Ukraynanın daxili işlər naziri Arsen Avakov Odessa qubernatoru Mixail Saakaşvilinin onu əsəbiləşdirdiyini və onu buna görə “cəzalandırdığını” deyib.

A.Avakov M.Saakaşvilinin ittiVirtualaz.org saytı Ukrayna KİV-lərinə istinadhamlarına cavab olaraq stəakn dolu suyu onun üzünə çırpdığını bildirib. Nazir bu barədə öz facebook səhifəsində məlumat paylaşıb.

A.Avakovun yazdığına görə, mübahisə İslahatlar üzrə Milli Şuranın iclasında baş verib. Nazir gürcü qubernatordan Odessa Limanyanı Zavodunun özəlləşdirilməsi ilə bağlı nəyə görə “Uralxim”dən olan rus oliqarxla danışdığını soruşub (Avakov həmin oliqarxın adını açıqlamayıb-red.).

Avakovun sözlərinə görə, Saakaşvili suala cavab vermək əvəzinə “isterik vəziyyətdə bağırmağa başlayıb”.

“Halbuki heç kimin mənimlə belə danışmağa ixtiyarı yoxdur” – deyə Avakov yazır.

Ukrayna mətbuatı yazır ki, Saakaşvili naziri “korrupsiyaya uğramış şəxs” adlandırıb, özünü isə “təmiz adam” kimi təqdim edib.

“Mən özümü Saakaşvilini vurmaqdan zorla saxladım, əvəzində isə stəkandakı suyu onun üzünə çırpdım” – deyə Avakov yazır.

Nazirin sözlərinə görə, o, bunu Saakaşvili açıq təhqirlərə keçəndən sonra etməyə məcbur olub.

Avakov daha sonra Saakaşvilinin ünvanına ağır təhqiramiz ifadələr işlədib. Onu “ağlını itirmiş populist”, “heç nəyə görə cavabdeh olmayan boşboğaz”, “həyasız”, “davakar əclaf” adalndırıb.

Xatırladaq ki, Saakaşvili hələ noyabr ayında Avakovu sərt tənqid edərək onu dövlət pullarını oğurlamaqda suçlamışdı.(virtualaz).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 37
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."