Nazir generalı təqaüdə göndərdi

Müəllif: Redaktor

Editor

80247_srcDaxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr verib.

Yenicag.az Mia.az-a istinadən xəbər verir ki, nazir Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi vəzifədən kənarlaşdırıb. Ə.Əliyevin vəzifədən kənarlaşdırılması pensiya yaşının çatması ilə bağlı olduğu bildirilir. Hazırda onun yerinə hər hansı bir təyinat olmayıb.

DİN-in sözçüsü Ehsan Zahidov məlumatı təsdiqləyib. O bildirib ki, Ə.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır