yenicag.az

Nazir biznesmenin qardaşının iş yerini dəyişdi - Yenilənib

Nazir biznesmenin qardaşının iş yerini dəyişdi – Yenilənib

Müəllif: Redaktor

Editor

Dövlət Yol Polisinin 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin (Lənkəran MERO-nun) rəisi Əlixan Zeynalov işdən azad olunub.

Yeniçag.az-a daxil olan məlumata görə, O, Şirvan şəhərində 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi təyin olunub.

Əlixan Zeynalov iş adamı kimi tanınan Ramazan Zeynalovun qardaşıdır. Ramazan Zeynalovun oğlu Bayram Zeynalov isə Sumqayıt şəhərində 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi rəisidir.

Qeyd edək ki, Ə.Zeynalov haqqında çox ciddi ittihamlar səslənən rəislərdən idi. O, ötən il nazir Ramil Usubov tərəfindən töhmət almışdı.

Ramazan Əliyev

Yeniçağ.az

Xəbərlər, Cəmiyyət, Özəl, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti