Yazı İçi 468×60

fac9b3f4e1676cdf46133e7ee2eb7f59Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze istefa verib.

Yenicag.az apa-ya istinadən bildirir ki, bu barədə bəyanat yayan nazir bildirib ki, istefasına səbəb 2006-cı ildə Gürcüstanda keçirilən xüsusi əməliyyat zamanı öldürülən Zurab Vazaqaşvilinin ölümündə iştirakçı olanları gizlətməkdə ittiham edilməsi olub.

“Baş nazirə istefa barədə müraciət etmək istəyirəm. Guya mən Zurab Vazaqaşvilinin ölümündə iştirakçı olan adamları gizlədirəm. Bu ittihamı yalan hesab edirəm və mənəvi məsuliyyət hiss edib vəzifəmdən istefa verirəm” – deyə nazir vurğulayıb.

Nazir deyib ki, faciə baş verən zaman Gürcüstanda olmayıb: “İstintaq davam edir və mən bu prosesdən kənarda durmağı doğru hesab edirəm. Ümid edirəm ki, yaxın vaxtlarda hər şey öz adı ilə çağırılacaq”.

Gürcüstan DİN-in mətbuat xidmətindən APA-ya verilən açıqlamada Yuri Vazaqaşvili və onun oğlu Zurab Vazaqaşvilinin ölümləri haqqında cinayət işi qaldırıldığı və sənədlərin hamısının Gürcüstanın Baş Prokurorluğuna verildiyi bildirilib: “Bütün suallara prokurorluq cavab verir” – deyə mətbuat xidmətinin əməkdaşı Mziya Çitiaşvili qeyd edib.

Xatırladaq ki, yanvarın 20-də Kaspi rayonunun Karub kəndində hüquq müdafiəçisi Yuri Vazaqaşvili oğlu Zurab Vazaqaşvilinin qəbrini ziyarət edərkən törədilən partlayış nəticəsində öldürülüb. Faktla bağlı prokurorluq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açıb. Gürcüstanın baş naziri İrakli Qaribaşvili tezliklə bu cinayətin açılmasını tələb edib.

Qeyd edək ki, Zurab Vazaqaşvili 2006-cı ilin mayın 2-də polis qrupları tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."