!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir istefa verib

!Reklam – Yazi

81828Oktyabrın 20-də Yaponiyanın siyasi həyatında nadir hadisə baş verib.

Yaponiya hökumətinin iki əsas siyasi xadimi seçiciləri ələ almaq barədə ittihamların fonunda istefa verib. Bunlardan biri, xəbər verdiyimiz kimi, iqtisadiyyat, ticarət və sənaye naziri Yuko Obuçi, digəri isə ədliyyə naziri Midori Matsuşimudur. Sabiq ədliyyə naziri seçicilərə üzərində öz fotosu əks etdirilən yelpiklər paylamaqda təqsirli bilinib. Bu, müxalifət tərəfindən onun ünvanına səslənən kəskin ittihamlara səbəb olub. Midori Matsuşimu özü də etiraf edib ki, seçicilərə hətta ən ucuz hədiyyənin verilməsi belə qanunazidd hərəkətdir. Müxalifətin bəyanatına görə, belə addım ədliyyə naziri vəzifəsini tutmaqla bir araya sığa bilməz.

İki mühüm nazir vəzifəsini tutmuş şəxsin istefası Ş.Abenin rəhbərlik etdiyi hökumətə ciddi zərbə hesab olunur. Əvvəllər bu hökumət belə qalmaqallardan yayınmağa müvəffəq olmuşdu. Midori Matsuşimu və Yuko Obuçi hazırkı hökumətə daxil olan qadınlardan ibarət qrupun üzvləri idilər. Onlar cari ilin sentyabrında hökumətdə aparılan dəyişiklik zamanı gender bərabərliyi uğrunda mübarizə şüarı ilə vəzifəyə gətirilmişdilər.(qafqazinfo.az)

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv