www.sinerjipro.net

SinerjiProWide
Reklam

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 28-də Qobustan rayonunda vətəndaşlarını qəbul edib.

Yeniçağ.Az  APA-a istinadən  xəbər verir ki, nazir Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ sakinlərini, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edərək onların müraciətlərinə baxıb.

Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və FHN-in fəaliyyəti ilə bağlı digər məsələlərlə əlaqədar olub.

Qəbulda Kəmaləddin Heydərov, eləcə də nazir müavinləri və struktur rəhbərləri tərəfindən vətəndaşların müraciətləri dinlənilib, onlardan bir qismi yerindəcə həllini tapıb.

Nazir vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.

 

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."