www.sinerjipro.net

SinerjiProWide
Reklam

dhlYUtjdb6XBAvqustun 6-da Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası keçirilib. Təhsil nazirinin müavini Firudin Qurbanovun, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyevin və Gəncə ŞİH rəsmilərinin də iştirak etdiyi iclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunub.

İclasda 4 ay sürən müalicədən yenicə qayıtmış rektor Akif Süleymanov çıxış edərək, son zamanlar univesitetin ətrafında cərəyan edən proseslər haqqında söz açıb. Sitat: “Universitetimizdəki problemlərin çoxu 20-30 ildən qalmadır. Son 2 ildə biz universitetdə mövcud potensialla müəyyən islahatlar aparmışıq: təcrübə və karyera, xarici əlaqələr və elmi tədqiqat şöbələrini, informasiya mərkəzini yaratmışıq. İmtahanların götürülməsində kompüter sistemini tətbiq etməklə şəffaflığa zəmin hazırlamışıq. 20-ə yaxın xarici ölkənin 135 elm və ali təhsil müəssisəsi ilə əlaqələr yaradaraq mübadilə proqramlarına qoşulmuşuq. 2 ildə 3 beynəlxalq konfransa ev sahibliyi etmişik. Ancaq, buna baxmayaraq müəyyən nöqsanlar hələ də qalmaqda davam edir. Bütün bu problemləri aşkar etmək və aradan qaldırmaqda rəhbərliyin dəstəyinə ehtiyacımız vardı. Biz Təhsil Nazirliyinin hərtərəfli dəstəyinə görə təşəkkür edirik. Düşünürük ki, bu dəstək bizə problemlərin həllində daha inamlı addımlar atmağa imkan verəcək. Bundan sonra da əsas inkişaf platformamız Müştəriyə Yönəlmə Proqramı olacaq. ”

Nazir müavini Firudin Qurbanov (tribunada eynəkli keçəl) deyib ki, universitetdəki təhsillə bağlı problemlər obyektiv və subyektiv səbəblərlə bağlıdır. Ümimilikdə yaranmış vəziyyətdən çıxış yolu isə təhsil sistemini hazırki inkişafa uyğunlaşdırmaqdan keçir. Təhsil Nazirliyinin aparat rəhbərinin müavini İlham Piriyev (tribunada eynəkli ağbaş) isə ATU-ilə bağlı aparılan araşdırma işlərinin nəticələri, vəzifədən azad olunanlar və yeni təyinatlar haqda məlumat verib. Nazir Mikayıl Cabbarovun universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə Vüqar İsmayılovu, elm və texnika üzrə prorektoru vəzifəsinə isə Səbuhi Yusifovu (ən son kadrda yanaşı oturanlar) təyin etməsi haqda əmrləri oxunub, yeni kadrlar kollektivə təqdim olunub. F.Qurbanov həmçinin deyib ki, Təhsil Nazirliyi bu ali məktəbdəki kadr hazırlığı prosesinin keyfiyyətinin artırılması istiqamətində zəruri addımlar atmağa davam edəcək. Universitetin rəhbərliyi və pedaqoji kollektivi isə öz növbəsində göstərilən etimadı doğrultmaq istiqamətində ciddi səy göstərməli, bunun strategiyasını hazırlamalıdır. O, rektor və yeni təyin olananlara bu işin öhdəsindən gəlməkdə uğurlar arzu edib.

Professor Füzuli Məmmədov isə 1994-cü ildən bu yana ilk dəfə universitetə Təhsil Nazirliyindən nümayəndələrin gəldiyini, çətin anda verilən bu dəstəyin problemləri aradan qaldırmaqda böyük stimul olacağını deyib.

Sonda rektor bir daha verilən dəstəyə görə Təhsil Nazirliyi və Gəncə ŞİH-nə minnətdarlıq edib. Qarşıda duran vəzifələr, nöqsanların aradan qaldırılması istiqamətində atılacaq addımlardan danışıb. O, qeyd edib ki, təhsil cəbhə qədər vacib sahə olduğundan burdakı səhv məğlubiyyətə bərabər ola bilər. Bu isə islahatların labüd olduğunu bir daha ortaya qoyur.

Qeyd edək ki, professor Akif Süleymanov 2013-cü il mart ayının 13-də ATU-ya rektor təyin olunub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 139
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."