Nazirdən rəislərə xəbərdarlıq: İşdən qovulacaqsınız

Müəllif: Redaktor

Editor

????????????????????????????????????

Mənşəyi məlum olmayan ətin paytaxta gətirilməsi, baş verən bu hadisənin araşdırılması üçün materiallar Baş Prokurorluğa göndəriləcək.

Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Bərdə rayonundan paytaxta gətirilən mənşəyi məlum olmayan 25 ton ət məhsulu barədə danışarkən deyib.

Nazir qeyd edib ki, belə hal bir daha təkrarlanarsa, həmin rayonun baytarlıq idarəsinin rəisi vəzifəsindən azad olunacaq: “Bizdə olan məlumatlara görə, bu hal tək Bərdədə deyil, bir neçə yerdə baş verib. Bunun üçün əsas məsuliyyət yerli icra hakimiyyətləri orqanlarının səlahiyyətli nümayəndələri ilə yanaşı, bizim baytarların da üzərinə düşür. Mütləq onların üzərinə belə bir vəzifə qoyulub ki, dislokasiya tez-tez yoxlanılsın və nazirliyə xəbər verilsin. Bir daha deyirəm ki, bir də hər hansı yerdə, rayonda belə bir hal baş verərsə, həmin rayonun baytarlıq idarəsinin rəisi bilib-bilməməsindən asılı olmayaraq vəzifəsindən azad olunacaq”.

H. Əsədov onu da qeyd edib ki, Mərkəzi Laboratoriyanın rəyi alındıqdan sonra Respublika Prokurorluğuna göndəriləcək. Belə halların bir daha təkrarlanmamasına gəlincə, nazir bildirib ki, artıq struktur dəyişikliyi edilib və Keyfiyyətə Nəzarət Şöbəsi yaradılıb: “Belə halların olması ilə bağlı bizdə də məlumat var. Daxili İşlər Nazirliyi və Dövlət Yol Polisinin əməkdaşlarının köməkliyi ilə bu ortaya çıxdı. Amma bunların kütləvi daşınması, müxtəlif sexlərə verilməsi tərəfimizdən izlənilməlidir. Buna görə də biz artıq struktur dəyişikliyi etdik və Keyfiyyətə Nəzarət Şöbəsi yaratdırq. Rayonlarda səyyari yoxlamalar aparılacaq. Bir daha xəbərdarlıq edirəm ki, belə hallar baş verərsə, istisnasız olaraq böyüklüyündən-kiçikliyindən asılı olmayaraq materillar istintaq orqanlarına göndəriləcək. Əks halda bu hadisələr davamlı olacaq”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir