!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirdən yeni rəis – Təyinatı

!Reklam – Yazi

ebulfez-qarayev-liderxeber-640sd4Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinə yeni rəis təyin edilib.

Nazirlikdən verilən məlumata görə, mədəniyyət və turizm nazirinin və Sumqayıt şəhər icra hakimiyyəti başçısının birgə razılığı əsasında Şükürov Mehman Şakir oğlu Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olub.

M.Şükürov Azərbaycan Dövlət İncəsənət Universitetini bitirdikdən sonra Sumqayıt şəhərində mədəniyyət müəssisələrində bir sıra vəzifələrdə çalışıb. 1997-2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru işləyib. Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

Qeyd edək ki, şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin müdirləri nazirliklə yerli icra hakimiyyətinin ümumi razılığı əsasında təyin edilir.

Xatırladaq ki, Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinin keçmiş rəisi Namiq Qaffarov bir neçə gün öncə öz xahişi əsasında tutduğu vəzifədən azad edilib(Aznews).

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv