275c2b6675adc329cc41d4284a2f0d37Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə yeni direktor təyin edib.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov məlumat verib. Nazirin əmri ilə Əziz Qarayusifli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsinə təyin edilib. O, son təyinata qədər adıçəkilən həmin İncəsənət Məktəbində çalışıb.

Əbülfəs Qarayevin digər əmri ilə Oqtay Muxtarov Bakı şəhəri 36 saylı Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsinə təyin olunub. O.Muxtarov bu vəzifəyə təyin edilməzdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin Mərkəzi Aparatında çalışıb.(Report)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."