Nazirin bacısı bazarda satıcı işləyir – VİDEO

Müəllif: Redaktor

Editor

kardesinin-bakan-oldugunu-pazarda-ogrendi_x_8465832_49Türkiyənin yeni elm, sənaye və texnologiya naziri Faruk Ozlünün bacısının bazarda işlədiyi məlum olub.

63 yaşlı alverçi Mürvet Çolak tərəvəz satışı ilə məşğuldur. O, qardaşının nazir təyin olunması xəbərini bazarda eşitdiyini deyib.

Qardaşı nazir olsa da, Mürvet Çolak Düzcənin Topçular kəndində yaşayır.

“Vətənimizə, millətimizə xeyirli olsun. Qardaşımın nazir olmasına çox sevindim. O, çalışqan, dürüst insandır. Qardaşımın dürüstlüyünə, savadına söz ola bilməz”-deyə Mürvet Çolak bildirib.(Aznews)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır