Nazirin təqaüdə göndərdiyi polis rəisi icra başçısı olmağa hazırlaşır

Nazirin təqaüdə göndərdiyi polis rəisi icra başçısı olmağa hazırlaşır

Müəllif: Baş Redaktor

Baş Redaktor

36126_0

Daxili işlər naziri Ramil Usubovun vəzifəsindən azad etdiyi Ağcabədi rayon Polis Şöbəsinin rəisi, polkovnik Şamil Seyidli yeni vəzifəyə hazırlaşır.

Aznews.az-ın yaydığı məlumata görə,  o, pensiyaya görə, işdən çıxarıldığı üçün kollektivlə vidalaşıb. Polkovnik kollektivə yeni vəzifəyə təyin olunacağını bildirib.

Qeyd edək ki, Ş.Seyidli Ağcabədidən əvvəl Yardımlı rayonun polis Şöbəsində rəis işləyib. 

Yenicag.az-a daxil olan məlumata görə, Şamil Seyidli yenidən Yardımlıya qayıdacaq. Belə ki, yaxın günlərdə Ş.Seyidlinin icra başçısı təyin olunacağı gözlənilir.

Xatırladaq ki, Ş.Seyidli adı polis sistemində və cəmiyyətdə birmənalı qarşılanmır. Onu tərifləyənlər qədər əleyhinə danışanlar da az deyil. Xüsusilə, bir müddət əvvəl Axar.az saytının Seyidli ilə bağlı məqaləsi ciddi rezonans doğurmuşdu.

Məqalədə Ş.Seyidlinin məşhur narkobaronla olan münasibətindən belə bəhs edilirdi: “Rayondakı mənbələrin Axar.az-a verdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan və narkotik alveri edən qrupa rəhbərlik etdiyi barədə ciddi ehtimallar olan Sərvər Əmirovun hüquq-mühafizə orqanları ilə əlaqələri varmış. Daha doğrusu, Yardımlı Rayon Polis Şöbəsinin keçmiş rəisi Şamil Seyidli (hazırda Ağcabədi Rayon Polis İdarəsinin rəisidir) Sərvər Əmirovun şəxsi mülkündə kirayədə yaşayıb:

“Polkovnik Şamil Seyidli Yardımlı rayonuna yeni rəis təyin olunanda Sərvər öz evini ona təklif elədi. Rəis də kiminsə evində onsuz da qalmalıydı, ona görə də Sərvərin təklifini qəbul elədi. Sərvərin rayonda danışdığına görə, evi rəisə qalmaq üçün təmannasız vermişdi və elə bundan da istifadə etməyə başladı: deyirdi ki, rəis dostumdur, ona görə də mənim evimdə qalır”.

Sakinlərin dediyinə görə, Sərvər Əmirov Şamil Seyidli ilə dost olduğu barədə təsəvvürlər yaratdıqdan sonra maddi imkanları da böyüyüb: rayonda böyük mülklər, daşınmaz əmlak, bahalı avtomobillər alıb”.

Şamil Seyidli isə “Yeni Müsavat”a açıqlamasında narkobaron kimi adı hallanan, hazırda Sərvər Əmirovun evində qalmadığını bildirib: “Mən Yardımlıda rəis təyin olunanda kirayə qaldığım ev Şahin adlı adamın olub. 4 il o evdə qalmışam, kirayə pulunu da ödəmişəm. Bunu yoxlamaq da olar, bütün polislər də bilir. Sərvər adlı şəxslə isə heç bir əlaqəm olmayıb. Sadəcə işdən çıxana 3-4 ay qalanda Şahin evi bu adama satıb. Sonra da çıxıb Ağcabədiyə getmişəm və mənim onunla heç bir əlaqəm olmayıb”.

Yenicag.az

 

Cəmiyyət, Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti