“Nazirlər zəhmət çəkib, hər gün xalqın qarşısına çıxsın” – Fazil Mustafa

Müəllif: Redaktor

Editor

fazilmustafa20Millət vəkili Fazil Mustafa bu gün Milli Məclisdə 2016-cı ilin büdcə layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzovun nazirlərin ünvanına səsləndirdiyi ittihamlara reaksiya verib.

O, bu barədə özünün feysbuk səhifəsində yazıb. Deputat qeyd edib ki, nazirlərin büdcə müzakirəsində iştirakı mənasızdır: “Siyavuş Novrozov deyir ki, niyə iqtisadi sahəyə məsul nazirlər, baş nazirin müavinləri burada iştirak etmirlər ki, çıxan sualları cavablandırsınlar. Mənsə düşünürəm ki, onların burada iştirakının heç bir mənası yoxdur. Zəhmət çəkib televiziyada və ya tədbirlərdə hər gün xalqın qarşısına çıxsınlar və devalvasiyadan sonra zəlil vəziyyətə düşmüş insanlara gördükləri tədbirlər barədə bilgilər versinlər.

İnhisarçılığa qarşı konkret hansı tədbirlər görülür? Hansı dəqiq iş yerləri açılır? Sahibkarların vergi orqanları tərəfindən sıxışdırılmasına qarşı hansı sərt tədbirlər nəzərdə tutulur? İri holdinqlərin vergiyə tam şəkildə cəlb olunması yekunlaşdırılıbmı?

Ölkənin ərzaq təminatını əlində cəmləyən holdinq özünün 49 şirkəti ilə 2014-cü ildə büdcəyə ödədiyi mənfəət vergisi 3,5 milyon manat olubsa, demək bu vergi fiziki və hüquqi şəxslər adı altında sahibsiz sahibkarlardan daha çox pul yığılmağa davam edəcəklər”.

Deputatın fikrincə, iqtisadi sistem primitiv əsaslarda qurulduğuna görə, devalvasiya bütün paxırları ortaya qoydu: “Məlum oldu ki, çoxsaylı iqtisadiyyat haqqında deyilənlərin heç bir elmi əsası yoxmuş. Ölkədə qeyri-neft sektorunda gəlirli heç bir sahə yoxdur. Kənd təsərrüfatı, turizm, sənaye istehsalı sahəsində mənfəətlə işləyən müəssisələri barmaqla saymaq olar. Yalan statistikadan qurtulmalıyıq, vətəndaş aldığı maaşın dəyərində istehlak zənbilinə sahib deyilsə, demək bu maaşın real əsası yoxdur. Demirəm ki, vətəndaşın istehlak zənbilində qara kürü olsun, heç olmazsa normal qidalanmasına aid ərzaq məhsulları olsun. Bu büdcə layihəsi vətəndaşlarımızı və iqtisadiyyatımızı böhrandan çıxara bilməz və bu layihənin əleyhinə səs verəcəyəm”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır