www.sinerjipro.net

SinerjiProWide
Reklam

f3846Daxili İşlər Nazirliyi Şəkidə Penitensiar xidmətin 4 əməkdaşının öldüyü yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 27-də saat 02 radələrində Şəki rayonunun İnçə kəndində şəhər sakini Elşən Əlizadə idarə etdiyi “Saipa Tiba” markalı avtomobili aşırmış, nəticədə sürücü və sərnişinləri, həmyerliləri Asif Sədiyev, Seymur Mustafayev, Araz Abdullayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yol qəzasında ölənlərin hamısı Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki Penitensiar müəssisəsinin əməkdaşları olub. Həmin vaxt onlar Qaxdan toy şənliyindən qayıdırmışlar(aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."