Nazirlik ləğv olunub

Müəllif: Redaktor

Editor

imagesGürcüstanın Diaspora İşləri üzrə Dövlət Nazirliyi ləğv edilib.

AzVision.az gürcü mətbuatına istinadən xəbər verir ki, hökumətin iclasından sonra jurnalistlərlə söhbətində ədliyyə naziri Teya Sulukiani Diaspora İşləri üzrə Dövlət Nazirliyinin ləğvi barədə hökumətin qərarını təsdiqləyib.

Sulukiani bildirib ki, bundan sonra nazirliyin funksiyasını Xarici İşlər Nazirliyi yerinə yetirəcək: “Baş nazir təsdiq edib ki, diaspora məsələsi bizim hökumətin prioritetləri siyahısından kənarda qalmayacaq və ləğv olunan nazirliyin idarəsi Gürcüstan Xarici İşlər Nazirliyi səlahiyyətlərinə daxil ediləcək”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır