yenicag.az
yenicag.az

Nazirlik xəbərdarlıq etdi

Nazirlik xəbərdarlıq etdi

Müəllif: Redaktor

Editor

5821838df5cf00512c218462157539a0Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

ETSN-nın Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə oktyabrın 8-dən 11-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Bildirilib ki, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, oktyabrın 9-dan temperaturun ötən günlərlə müqayisədə kəskin 7-10 dərəcə aşağı enəcəyi ehtimal olunur.

Oktyabrın 8-9-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, oktyabrın 8-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi, oktyabrın 9-da havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir(APA).

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti