tehsil nazirliyi fghj5352015-ci ildən bu ilin mart ayına kimi Təhsil Nazirliyinin tabeliyinə daxil olan təşkil və müəssisələrdə aparılan audit yoxlamalarının nəticələri açıqlanıb.

Media nümayəndələri üçün keçirilən təlimdə çıxış edən edən nazirliyin Audit şöbəsinin müdir əvəzi Elnur Hacıyev bildirib ki, bu müddət ərzində 7 təhsil şöbəsi, 5 məktəbdənkənar müəssisə, 74 orta məktəb və 1 peşə məktəbində yoxlama aparılıb.

Onun sözlərinə görə, yoxlamalar nəticəsində 3 şöbə müdiri tutduğu vəzifədən azad edilib, 4 müdir barəsində isə intizam tənbehi tədbiri görülüb: “Şöbənin 5 əməkdaşı, 3 məktəbdənkənar müəssisəsə və 32 orta məktəb direkotur tutduğu vəzifədən azad olunub. Şöbənin 27 əməkdaşı və 38 orta məktəb direktoru barəsində digər intizam tənbehi tədbiri görülüb. Peşə məktəbinin direktor əvəzi və baş mühasibi tutduğu vəzifədən azad edilib. 10643,27 manat məbləğin dövlət büdcəsinə bərpası təmin edilib”.(report)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."