Nazirlikdə yoxlama aparılıb – Nöqsanlar var

Nazirlikdə yoxlama aparılıb – Nöqsanlar var

Müəllif: Redaktor

Editor

gencler_ve_idman_nazirliyi_05Gənclər və İdman Nazirliyinin fəaliyyətində nöqsanlar aşkar edilib.

Bu barədə Hesablama Palatasının hazırladığı illik hesabatda qeyd edilib.

Dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərin auditi nəticəsində müəyyən edilib ki, nazirlik tərəfindən bəzi hallarda dövlət əsası vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması prosesində uyğun sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə uyğun tərtib edilməyib, bir neçə halda yeni layihələndirilən obyektlər üçün qüvvədə olan normativ hüquqi aktlara uyğun texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi hesablamalar aparılmayıb, iki obyektin layihə-smeta sənədləri podratçı təşkilat tərəfindən, 16 obyektin isə layihə-smeta sənədləri işlərin yerinə yetirilməsi üçün bağlanılan müqavilə ilində hazırlanıb.

Audit sübutları ilə müvafiq podratçı təşkilatlara dörd obyekt üzrə artıq vəsait ödənildiyi, iki obyekt üzrə əlavə xərclərə yol verildiyi, hal-hazırda istifadə olunan 8 obyektin müvafiq qaydada istismara qəbulunun təmin edilmədiyi müəyyən olunub.
Nəzarət obyektində xərclər smetasının tərtibi və icrası zamanı bir sıra qanunvericilik aktlarının tələblərinə riayət edilmədiyi, o cümlədən proqnozlaşdırma prosesinə əsaslı yanaşılmadığı müəyyən olunub.

Müəyyən edilib ki, Nazirlik tərəfindən aparatın saxlanılması xərcləri üzrə büdcə vəsaitinə tələbat müəyyənləşdirilərkən xərc maddələri üzrə əhatəli iqtisadi hesablama aparılmayıb, bəzi xərclər üzrə real tələbat nəzərə alınmayıb, baş məşqçilərin vəzifə maaşları artıq proqnozlaşdırılıb, büdcəyə qaytarılmalı vəsait qalıq kimi saxlanılıb.

Nazirlik tərəfindən respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı bəzi nöqsanlara yol verildiyi müəyyən olunub. Müəyyən edilən normalara riayət edilməyib, iştirakçı sayının düzgün qeyd olunmaması səbəbindən artıq, həmçinin zəruri sənədlər tam təqdim edilmədən vəsait icra edilməyib. Həmçinin satınalma prosesində əsassız debitor borcların yaranması halları aşkar edilib, əmək haqqı, ezamiyyə, nəqliyyat vəsaitlərinin saxlanılması xərclərinin icrası, həmçinin sosial sığorta haqlarının hesablanılması ilə bağlı normativ-hüquqi aktların bəzi tələblərinə riayət edilməməsi səbəbindn vəsaitin artıq icra edildiyi müəyyən olunub, material ehtiyatlarının uçotu müvafiq qaydada aparılmayıb.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti