Nazirlikdən əsgərlərə yardım kampaniyası ilə bağlı – Açıqlama

Müəllif: Redaktor

Editor

yardmSon günlər sosial şəbəkələrdə ayrı-ayrı şəxslər Silahlı Qüvvələrə yardım adı altında əhaliyə çağırışlar edərək onlardan pul və ərzaq istəyir, vətəndaşları bu tip kampaniyalara qoşulmağa dəvət edirlər.

Müdafiə Nazirliyi məsələyə belə münasibət bildirib:

“Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin, ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb, bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Ona görə də Silahlı Qüvvələrin bu tipli dəstək və yardım kampaniyalarına heç bir ehtiyacı yoxdur”.


Загрузка...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır