ebe8Mədəniyyət və Turizm Nazirliyi nazir Əbülfəs Qarayevin İlhamə Quliyevanın vida mərasimindəki çıxışına aydınlıq gətirib.

Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, fevralın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın Xalq artisti mərhum İlhamə Quliyeva ilə vida mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalqının ağır faciəsi olan Xocalı soyqırımı haqqında danışaraq şəhidlərimizə Allahdan rəhmət diləyib.

“Nazir bildirib ki, İlhamə Quliyeva Azərbaycanı, onun müstəqilliyini sevən, onu hər yerdə təbliğ edən bir incəsənət xadimi idi. Təəssüf edirik ki, sensasiya xətrinə bəzi kütləvi informasiya vasitələrində nazir tərəfindən səsləndirilən fikirlər ümumi kontekstdən çıxarılaraq başqa mənaya yönəldilib. Xocalı faciəsi zamani Vətən uğrunda canlarından keçən, erməni vandallarının soyqırımına məruz qalaraq ən uca zirvəyə, yəni şəhidlik zirvəsinə ucalan şəhidlərimizə və bu gündə son mənzilə yola salınan sənətkar İlhamə Quliyevaya Allahdan rəhmət diləyirik. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəsliyini bir daha hörmətlə anırıq”, deyə Vüqar Şıxəmmədov qeyd edib .(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."