www.sinerjipro.net

SinerjiProWide
Reklam

derman_456“Aktilize” ticari adlı alteplaza tərkibli həlledici (inyeksiya üçün su) ilə komplektdə venadaxili infuziya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz flakonda dərman vasitəsinin həll olması ilə bağlı şikayətlər edilir.

Son aylar “Boehringer İngelheim” şirkətinə bəzi ölkələrdən “Aktilize” 50 mq preparatından çoxlu texniki şikayətlər daxil olub. Şikayətdə bildirilir ki, preparatın həll olması zamanı rezin tıxac flakon daxilinə itələnir.

Bu, flakonun istifadəsini yararsız edir və müalicə üçün yeni flakona ehtiyac yaranır: “Az miqdarda 10 mq və 20 mq dozalara aid şikayətlər də alınıb. Hazırda texniki şikayətin yaranma səbəbləri araşdırılır. Hələki, dəqiq səbəb müəyyən edilməyib. “Boehringer İngelheim” şirkəti Aktilize preparatının istifadə təlimatına ciddi əməl olunmasının vacibliyini bildirir. “Aktilize” preparatının həyati vacibliyini nəzərə alaraq tibb müəssisələrində kifayət qədər preparat ehtiyatının saxlanılması tövsiyyə olunur. Preparatın istifadəsi zamanı yaranan problemlərin şirkətə bildirilməsi xahiş olunur. Yaranmış situasiyanın aradan qaldırılması üçün şirkət bu sahədə bütün tədbirləri gücləndirib”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."