!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirliklərin ləğvi çıxış yoludur, yoxsa?

!Reklam – Yazi

bas nazirle gorus yeniNatiq Cəfərli: “Azərbaycan kimi ölkədə bu qədər nazirliyin olması effektiv idarəetməyə imkan  vermir, ancaq təkcə nazirliklərin sayının azaldılması da çıxış yolu deyil”

Azərbaycanda hökumət 44 nazirlik, komitə və s. bu kimi qurumlardan ibarətdir. Halbuki, qonşu ölkələrdə hökumətin tərkibi bundan azdır. Məsələn, Türkiyə əhali və ərazi baxımından Azərbaycandan qat-qat böyük olsa da, burada hökumətin tərkibi cəmi 27 nəfərdən ibarətdir. Gürcüstanda bu rəqəm 20, Ermənistanda isə 25-dir. Digər tərəfdən, əvvəlki illərdə Azərbaycanda geniş çeşidli nazirliklərin olmasına müəyyən qədər haqq qazandırmaq mümkün idisə, hazırda, yəni manatın kəskin dəyər itirməsi və neftin qiymətinin azalması fonunda qənaət rejiminə keçmək daha məqsədəuyğundur. Qənaət rejiminə keçid isə həm də özündə hökumətin tərkibinin azaldılmasını, bir-birinin funksiyalarını təkrarlayan nazirliklərin ləğvi və ya birləşdirilməsini tələb edir.

natiqYenicag.az-a məsələ ilə bağlı açıqlamasında müstəqil iqtisadçı ekspert  Natiq Cəfərli bildirdi ki, hökumətin say baxımından tərkibinin azaldılması vacibdir. Amma ekspertə görə, təkcə bu addımın atılması məsələdən çıxış yolu deyil: “Azərbaycanda hökumətin strukturunda dəyişikliklər etmək, onun say tərkibini azaltmaq istiqamətində dəfələrlə təkliflər səslənib. Azərbaycan kimi ərazi olaraq kiçik bir ölkədə bu qədər nazirliyin olması effektiv idarəetmənin aşağı olmasına səbəb olur. Belə vəziyyət sadəcə olaraq hökumətin siyasətindən irəli gəlir. İllərdir Azərbaycanda belə bir siyasət hakim idi ki, hər şeyə dövlət nəzarət etməli, dövlət öncülük etməlidir. Dövlətin birbaşa iştirakı ilə iqtisadi proseslər həyata keçməlidir. Onun nəticəsi olaraq hazırda Azərbaycanda xarici ticarətdə dövlətin payı 92, özəl sektorun payı isə cəmi 8 faizdir. Yəni dövlətin ümumdaxili məhsulun istehsalında, büdcənin formalaşmasında payı getdikcə artdı. Əslində təkcə nazirliklərin sayının azaldılması çıxış yolu deyil. Bu istiqamətdə bir fəlsəfə dəyişməlidir. Azərbaycanda nazirliklər ancaq siyasi orqan olmalı və uzunmüddətli, orta və kiçik vadəli sahə üzrə siyasəti müəyyənləşdirməli, proqramlar qəbul etməli, təsərrüfat subyekti olmamalıdırlar. Amma görürük ki, bunun əksi baş verir, Azərbaycanda nazirliklərin böyük əksəriyyəti həm də təsərrüfat subyektidirlər. Onlar özləri tərəfindən təsis olunan qapalı və hətta açıq səhmdar cəmiyyətləri yaradıblar. Bu da bəzi nazirliklərin birbaşa təsərrüfat, iqtisadi fəaliyyətlə məşğul olduğunu göstərir. Hökumət strukturunda dəyişikliklər edərkən birinci növbədə məhz belə amillərin də qarşısını almaq lazımdır.  Məsələnin fəlsəfəsi dəyişməlidir. Həm də təbii ki, say baxımından da nazirliklər xeyli dərəcədə azaldılmalıdır. Lakin bu addım da kor-koranə say azaltmaq xatirinə olmamalıdır. Ciddi konsepsiya olmalıdır ki, Azərbaycan hansı hökumət modelinə keçir və bu hökumət modelinə uyğun olaraq da nazirliklərin sayı, adı və fəaliyyət prinsipləri müəyyən olunmalıdır”.

ELÇİN

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv