www.sinerjipro.net

SinerjiProWide
Reklam

rabite_nazirliyi_binaMilli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylarla bağlı həbslər davam edir.

Mia.az-a daxil olan xəbərə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, aparat rəhbərinin kabineti möhürlənib. V.Zeynalovun evində və bağında axtarış aparıldığı bildirilir.

Qeyd edək ki, V.Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovla əlaqəli məsələ olduğu söylənilir.

Məsələylə bağlı Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirovla əlaqə saxladıq. M.Əmirov hazırda işdə olmadığını, bu barədə əlumatsız olduğunu bildirib.

V.Zeynalovun qəbul otağına etdiyimiz zənglərə isə cavab verən olmadı.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."