!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazpərinin evindən oğurlanan seyf su kanalından tapıldı

!Reklam – Yazi

Xalq artisti, tanınmış müğənni Nazpəri Dostəliyevanın evindən seyf oğurlayan şəxslər saxlanılıblar.

Yenicag.az-ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, Sumqayıt sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 127-ci (qəsdən sağlamlığa az zərə vurma) maddələri ilə məhkum edilən Hüseynli Yunis Hüseyn oğlu və Verdiyev Ruslan Əzizağa oğlu saxlanılıblar.

Cinayətkar qruplaşmanın daha iki mümkün üzvü — Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər. Onların hər ikisi Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması) maddələri ilə məhkum ediliblər.

Xatırladaq ki, cinayətkarlar avqustun 19-da Çəmənzəminli küçəsi ev 15-də yaşayan müğənninin mənzilinə qapı qıfılına açar seçmə üsulu ilə daxil olublar və evdən 100×80 santimetr ölçüsündəki böyük seyfi çıxarıblar. Ev sahibəsi iddia edir ki, seyfdə çox böyük məbləğ dəyərində zinət əşyaları, məbləğini bilmədiyi miqdarda pul və sənədlər olub.

Hüquq-mühafizə orqanları əməkdaşları araşdırma zamanı pulun və zinət əşyalarının ancaq bir hissəsini qaytara biliblər. Belə ki, əməliyyatçılar Y. Hüseynlinin mənzilində 8 min ABŞ dolları, 205 avro, 2 min manat və şəxsi istifadə üçün nəzərdə tutulan heroin aşkar edərək götürüblər. R. Verdiyevin mənzilində axtarış zamanı 7 qram heroin tapılıb.

Təəssüflər olsun ki, əməliyyatçılar Azərbaycan xalq artistinin qızıl-zinət əşyalarının ancaq bir hissəsini qaytara biliblər. R. Verdiyevin atası, 1958-ci il təvəllüdlü Əzizağa Verdiyev cinayət yolu ilə əldə edilən 2 min 300 manatı və qızılların bir hissəsini polisə təhvil verib. Əməliyyatçılar müğənninin seyfini isə Sumqayıtın 76-cı kvartalının ərazisindən axan su kanalının dibində aşkar ediblər. Faktla bağlı istintaq davam edir.

Yenicag.az

www.yenicag.az

1765
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv