!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Nə olursa-olsun, qızıl medalı qazanacam" - Kamran Şahsuvarlı

!Reklam – Yazi

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının növbəti yarış günündə boksçumuz Kamran Şahsuvarlı finala vəsiqə qazanıb.

75 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda mərakeşli Yuness Qarrumini məğlub edərək, qazaxıstanlı Tursunbay Kulahmetə rəqib olub.

Yeniçağ.Az saytına açıqlama verən Şahsuvarlı hədəfinin qızıl medal olduğunu bildirib:

“Rəqibimlə ilk dəfə idi ki, qarşılaşırdım. Allaha şükür ki, hər şey yaxşı alındı. Finalda Qazaxıstan idmançısı ilə görüşəcəm. Onunla da ilk dəfə üz-üzə gələcəm. Bütün gücümü sabahkı görüşə saxlamışam. Mənim üçün əsas mükafat qızıl medaldır. Nə olursa-olsun, qızıl medalı qazanacam. Bütün azarkeşləri sabahkı döyüşdə bizə dəstək olmağa çağırıram”.

Qeyd edək ki, final matçı sabah keçiriləcək.

Cəmalə Əlizadə
Yeniçağ.az

www.yenicag.az

1349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv