!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nə terror, nə hədə-qorxu, nə də sanksiyalar Türkiyəni çökdürə bilməz” – Azər Verdiyev

!Reklam – Yazi

1481479107_azeerrXəbər verdiyimiz kimi Türkiyənin İstanbul şəhərində Vodafone Arena stadionunun yaxınlığında partayış baş verib.

Terror aktı nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb. Bu barədə bazar günü Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.Terror hadisəsi ilə bağlı məsuliyyəti təşkilatın “Kürdüstan Azadlıq Şahinləri” adlı qolu öz üzərinə götürüb. Bu haqda terrorçulara yaxın sayt məlumat yayıb. Qeyd edilir ki, partlayışlar bomba vasitəsilə həyata keçirilib.

Terror aktına sərt münasibət bildirən Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev bu olayın region üçün ciddi təhdid olduğunu dedi: “Bu hadisə bir daha onu göstərir ki, Türkiyənin regionda və dünyada artan nüfuzu kimlərisə narahat etməyə başlayır. Türkiyənin Yaxın şərqdə həyata keçirdiyi hərbi əməliyyatlar bu bölgədə terrorun kökünün kəsilməsinə hesablanıb. Bundan başqa 15 iyul hadisələrindən sonra Türkiyə ciddi iqtisadi islahatlar ərəfəsindədir. Aparılan araşdırmalar bir daha onu sübut etdi ki, Qərb dairələri də Türkiyənin zəifləməsində kifayət qədər maraqlıdırlar. Bütün bu hadisələrin fonunda Türkiyəni terrorla hədələyənlər bir faktı unudurlar: Nə terror, nə hədə-qorxu, nə də sanksiyalar Türkiyəni çökdürə bilməz. Əksinə bu olaylar dünya türklərini daha sıx şəkildə birləşməsini stimullaşdırır. Mən öz növbəmdə bu qanlı terror aktı nəticəsində dünyasını dəyişən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

Yenicag.az

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv