www.sinerjipro.net

SinerjiProWide
Reklam

140630-facebook-emotions-1749_4f881e85b96bea3a796ae8d7e0ab44c4Niyaməddin Orduxanlı: “Görünür bu, həmin sosial şəbəkənin ölkəmizdə daha çox məşhurluğu ilə bağlıdır”

Cahid İsmayıloğlu: “Twitter dünyada daha çox intelektual şəxslərin istifadə etdiyi sosial şəbəkədir”

Dünya ölkələrində social şəbəkələrə maraq hər keçən gün artmaqdadır. Belə ki, Facebook, Twitter, Linkedin, Youtube, Google və başqa sosial şəbəkələr dünya əhalisinin diqqətini cəlb edib. Maraqlıdır ki, Azərbaycanda daha çox “Facebook”a maraq çoxdur.

niyameddin_ordukhanly“Daha asan ünsiyyət vasitəsinə çevrildiyindən Azərbaycan insanı da sosial şəbəkələr arasında əsasən məhz Facebook sosial şəbəkəsinə müraciət edib”. Bu sözləri Yenicag.az saytına açıqlamasında BAXCP sədrinin müavini, sosial şəbəkələrdəki Azərbaycanla bağlı böyük səhifə və qrupların rəhbərlərindən olan Niyaməddin Orduxanlı söylədi:

“Ümumiyyətlə belə götürəndə hazırda nəinki Azərbaycan cəmiyyətində, bütövlükdə Qərbin inkişaf etmiş  ölkələrində də əsasən də Facebook sosial şəbəkəsi inkişaf edib. Bu şəbəkənin üzvlərinin sayı dünyada hazırda 1 milyarddan çoxdur. Həmin şəbəkələşmə təbii ki, Azərbaycana da təsir edib. Azərbaycanda isə facebook istifadəçilərinin sayı 1 milyondan artıqdır. Deməli cəmiyyətimizin böyük hissəsi, xüsusən də gənc nəsil sosiallaşıb və bu zaman üstünlüyü facebook sosial şəbəkəsinə veriblər.  Görünür bu da sözügedən sosial şəbəkənin daha çox məşhur olması ilə bağlıdır. İnsanlar üçün facebook daha asan ünsiyyət vasitəsinə çevrildiyindən əhalimiz də əsasən bu sosial şəbəkəyə müraciət edib. Başqa ölkələrdə twitter və başqa sosial şəbəkələr də fəaliyyət göstərir. Məsələn, Türkiyədə bu mənada daha çox diqqəti  twitter-ə verirlər. Bununla belə, nə vaxtsa ölkəmizdə, başqa sosial şəbəkələrin geniş vüsət alacağı da mümkündür. İki il bundan qabaqkı ilə müqayisədə ölkəmizdə twitter-dən yararlanan insanların sayı da artıb və bu temp davam edir. Görünür, zamanı çatanda twitter kimi sosial şəbəkələr də Azərbaycanda populyarlaşacaq”.

10580030_10152833372466520_9062125308310812583_nİnternet mütəxəssisi Cahid İsmayıloğlu isə saytımıza bildirdi ki, daha geniş profilə malik olması Facebook-un ölkəmizdə də daha çox yayılmasına şərait yaradıb: “Azərbaycanda sosial şəbəkələr arasında daha çox axın “Facebook”adır. Əslində bu sosial şəbəkə dünyada da daha çox məşhurdur. Onun interaktivliyi, daha rahat işləkliyi, gəbclərin psixologiyasına daha uyğun olması həmin şəbəkənin daha populyar olmasına gətirib çıxarıb.  Hər bir sosial şəbəkənin əslində müəyyən konkret kütləsi var. Twitter dünyada daha çox intelektual şəxslərin istifadə etdiyi sosial şəbəkədir. Çünki, orada informasiyanı oxumaq var. Yəni vizual informasiyalar yoxdur. Amma Facebook-da video, yazı, şərhlər, onun catlaşması, söhbət etmək kimi imkanların olması onun daha çox insanı cəlb etməsinə gətirib çıxarıb”.

Rüfət/Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."