!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nə vaxta kimi ölkədə hərə bir sayt açacaq, proses belə də davam edəcək”- Ruslan Bəşirli

!Reklam – Yazi

12341594_576785145802788_9024245048178774529_nAvropa.info saytının fəaliyyətə başlamasından 4 il keçir. Bu illər ərzində sayt informasiya məkanında müəyyən uğurlara imza atıb. Yenicag.az olaraq sözügedən saytın rəhbəri Ruslan Bəşirli ilə söhbətimiz əldə edilən uğurlar və qarşıda duran vəzifələr haqqında oldu.

– Fəaliyyətə başladığınız gündən indiyə qədər hansı uğurlara imza atmısınız?

– Avropa.info saytı həbsdən çıxdığım bir neçə ay sonra yaradıldı. Saytı açarkən qarşıya qoyduğumuz məqsəd ölkədə informasiya bolluğunun təmin olunmasında rol oynamaq idi. Əsas vəzifəmiz bundan ibarət idi. Hesab edirəm ki, həm dünya mətbuatından informasiyaların verilməsi, həm də ölkə gündəmindən informasiyaların cəmiyyətə çatdırılması baxımından müəyyən işləri görə bildik. Amma heç zaman işimizdən tam olaraq razı qalmırıq. İşdən tam razı qalırsansa, deməli artıq orada iş bitib. Fəaliyyətimiz davam edir, qarşıya qoyduğumuz digər məqsədlər, layihələr də var. Düşünürəm ki, gələcəkdə saytımız nəinki ölkənin aparıcı saytlarından biri olacaq, həm də bütün Qafqazda aparıcı saytlardan birinə çevriləcək. Hazırda bu istiqamətdə çalışırıq. Bir çox hallarda da çalışırıq ki, çox saytlarda olmayan informasiyaları çatdıra bilək. Hesab edirəm ki, bir çox mənalarda ölkənin digər saytlarından köklü surətdə fərqlənirik.

– Bu fərqlənmə konkret olaraq özünü hansı istiqamətlərdə göstərir?

– Ölkə daxilindəki informasiyaların operativ çatdırılması, saytda gedən şərhlər, eyni zamanda dünyada gedən proseslərə münasibət baxımından bir çox ölkə mətbuatından fərqlənirik. Hərdən lazım gəldikdə informasiyanın doğru olması baxımından müəyyən ənənəvilikləri də pozuruq. Ölkə mətbuatında bir çox hallarda görürük ki, cəmiyyətə bilərəkdən, yaxud bilməyərək yanlış informasiyalar çatdırılır. Məhz belə yanlış informasiyaların qarşısının alınmasında avropa.info-nun özünəməxsus xidmətləri olub. Fəaliyyətimiz davam edir. Saytla bağlı müəyyən konsepsiyalarımız var. Başlıca problemimiz yetərincə maliyyə imkanlarının olmamasıdır. Maliyyə imkanları arzuladığımız qədər olsa daha çox işlər görə bilərik. Qarşıda duran gələcək məqsədlərimizdən biri saytın rus dilində versiyasının açılmasıdır. İndiki maliyyə imkanları daxilində saytın rus versiyasını aça bilərik. Amma bu planımız istrədiyimiz səviyyədə olmayacaq. İstədiyimiz səviyyədə olması üçün də ciddi maliyyə dəstəyinə ehtiyac var. Bu istiqamətdə çalışırıq. İstəyirik ki, daha çox reklamçıları cəlb etməklə işimizi qurmağa nail olaq.

– Hazırkı dövrdə medianın ümumi vəziyyətini necə dəyərləndirərdiniz?

– Mediaya münasibətdə əvvəlki illərdə olduğu kimi hazırda ciddi təpkilər yoxdur. Son illər yuxarıda oturan məmurlar səviyyəsində medianın məhkəməyə verilməsinin şahidi olmamışıq. Bu da birbaşa ölkə rəhbərliyinin göstərişinin, təsirlərinin nəticəsidir ki, mediaya qarşı total hücumlara keçilməsin. Belə durum da əslində medianın inkişafına töhvə verməli idi. Lakin media ciddi problemlərdən də hali deyil. Problemlərdən biri odur ki, ölkədə saytların sayı xeyli dərəcədə artıb. Bu yaxşı haıdır, bütün hallarda prosesi bazar müəyyənləşdirəcək. Amma təəssüf ki, ölkəmizdə bu prosesi bazar müəyyənləşdirmir. Açılan saytların əksəriyyəti müəyyən başqa məqsədlər üçün açılıb. Təəssüf ki, bu istiqamətdə azad bazar da yoxdur. Belədə deyə bilərik ki, son illər mətbuata yönəlik təzyiqlərin olmaması baxımından  prosesdə irəliləyiş var, amma bütövlükdə medianın vəziyyəti yaxşı sayıla bilməz.

– Bir redaktor olaraq  jurnalistlərin peşəkarlığını qaneedici hesab etmək olarmı, yoxsa?

– 1997-ci müxbir olaraq fəaliyyətə başlamışam. O dövrdə qəzet məktəbi vardı. Bu mənada jurnalistlərin peşəkarlığı sahəsində inkişaf da gözə dəyirdi. Müəyyən bir dövrü keçərək jurnalist hər hansı bir pilləyə gəlib çıxa bilirdi. İndi isə vəziyyət başqadır. Hazırda jurnalist təcrübəsi olmayan, yaza bilməyən də gəlib 15 manatını verib bir domen və sayt açaraq, başqa yerlərdən informasiyaları saytına doldurur və bununla da işini bitmiş hesab edir. Araşdırma, müsahibə, açıqlamalar, baş verən hadisələrə analiz yazıları isə yox dərəcəsindədir.   Artıq bu jurnalistika deyil. İnternet media əslində yaxşıdır. O baxımdan ki, informasiya cəmiyyətə tez çatır. Amma internet media jurnalistika sahəsində peşəkarlığın zəifləməsinə gətirib çıxarıb.

–  Bu problemdən çıxış yolunu nədə görürsünüz?

–   Nə vaxta kimi ölkədə hərə bir sayt açacaq, proses belə də davam edəcək. Amma mərkəzləşdirmə olsa, 7-8 sayt bir sayt ətrafında birləşdirilsə və ora təcrübəli jurnalistlər cəlb olunsa, bilməyənlər öyrədilsə, bu halda inkişafdan söhbət etmək olar.

Elçin/Yenicag.az

 

www.yenicag.az

914
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv