Nebraska ştatı Xocalı qətliamını tanıyıb

Müəllif: Redaktor

Editor

ddfdfABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün Nebraska ştatında “Xocalını Anma Günü” elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Baş Konsulluğa daxil olmuş bəyannamədə Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir.

Sənəddə 24 il əvvəl – 1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. “Human Rights Watch” təşkilatının bu qətliamı regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.

Bəyannamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl (John Gale) tərəfindən də imzalanıb.

Bu bəyannamə, Nebraska ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir.

Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir