“Neft Daşları”nda qəza: 3 neftçi itkin düşüb

Müəllif: Redaktor

Editor

3689673087e5c7100bb707d010637f47Bu gün saat 12:30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.
SOCAR-dan verilən məlumata görə, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar.

Dənizdə operativ axtarış işlərinə başlanılıb. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən neftçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir.

Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək(APA)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir