!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Neft Daşları”nda yeni quyu qazılır

!Reklam – Yazi

“Neft Daşları” yatağında 1637A saylı estakadayanı meydançadan 2644 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) OilGas.az-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1900 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

 

Yeniçağ.Az

www.yenicag.az

1492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv