!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft hasilatının azaldılması yenidən müzakirə edildi - İlkin razılıq əldə olundu

!Reklam – Yazi

 

Neft hasil edən ölkələr Vyana sazişinin müddətinin uzadılması barədə ilkin razılıq əldə ediblər.

Yeniçağ.Az  OilGas.az-a istinadən  xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid Al Falih məlumat verib. Onun sözlərinə görə, müzakirədə neft hasil edən ölkələrin hamsı iştirak etməyib:

“Bütün ölkələr tərəfindən olmasa da, neft hasilatını azaldılması barədə sazişin müddətinin uzadılmasında ilkin razılaşma var”.
Nazir qeyd edib ki, sazişin hansı müddətə uzadılacağı vacib deyil. Çünki başlıca məqsəd bazarda balans əldə etməkdir.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzvləri neft hasilatının gündəlik 1,2 milyon barel həcmində azaldılmasına dair razılıq əldə ediblər. Dekabrin 10-da kartelə daxil olmayan 11 ölkə ümumi neft hasilatının gündəlik 558 min barel azaldılması barədə razılaşıb.

 

Yeniçağ.Az

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv