Ads by Google

hightechnic
Ads by Google

avtoxuliqanRusiyanın “Lukoil” neft şirkətinin vitse-prezidentinin oğlu Moskva küçələrində törətdiyi insidentə görə üzr istəyib

“Lukoil” şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarov özünün “Facebook” səhifəsində yol hərəkəti qaydalarını pozduğuna görə üzr istəyib.

Qeyd edək ki, 2 gün öncə Ruslan və dostları əyləncə klubundan çıxdıqdan sonra “Mercedes Gelandewagen” markalı avtomobillə Moskva yollarında yol polisləri ilə “qaçdı-tutdu oynayıblar”. Onlar polisdən qaçış anlarını videoya çəkərək, görüntüləri “Periscope”də yerləşdiriblər.

Daha sonra REN TV kanalının xəbərlər buraxılışında küçələrdə təhlükə törədən avtomobilin “Lukoil” şirkətinin vitse-prezidentinin oğluna aid olması barədə məlumat verilib. Ruslan Şamsuarov içkili olduğu üçün avtomobili dostları idarə edib.

Yol Yol Patrul Xidmətinin əməkdaşları artıq inzibati protokol tərtib ediblər.

“Belə bir hadisənin iştirakçısı olduğuma görə peşmanam. Bizim hərəkətimizin tək bir izahı var-maşına əyləşərkən hələ də gecə klubunun ovqatındaydıq və bu bizə haqq qazandırmır. Biz yaxşı hərəkət etmədik”,- deyə o yazıb.

Rusiya DİN-in Moskva üzrə Baş İdarəsinin rəisi Anatoli Yakunin qanunu pozanların yalnız cərimələrlə can qurtara bilməyəcəyini, hər birinin 15 sutka həbs edilməli olduğunu vurğulayıb.(ölkə)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 87
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."