!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftçala “Azadlıq uğrunda mübariz”in itirdi

!Reklam – Yazi

11923004_953161898110856_245748812_nNeftçala rayonunun ictimai-siyasi həyatında,və həyatın Azərbaycanın istiqlalı uğrunda fəda verən-58 yaşlı Hacı Natiq Hüseynov avqustun 23-də dünyasını dəyişib. Xatırladaq ki,Hacı Natiq Milli Azadlıq Hərakatının fəal üzvü olub və 1992-ci ildə “Azadlıq uğrunda mübariz”fəxri adı ilə təltif olunub. Mərhumun yas yerində olan əməkdaşımız Hacı Natiqin yaxın dostlarından Hacı Xalidlə söhbətləşib. Hacının başına gətirilən müsibətlərdən bəhs edilib.

– Hacı ilə tanışlığımız Milli Azadlıq Hərakatından başlayıb. 1990-ci il 20 yanvar hadisələrindən sonra o, Neftçala rayon Kommunist Partiyası binası üzərindən SSRİ-nin bayrağın götürərək, onun yerinə üçrəngli bayrağımızı asdı. Bu hadisədən sonra Hacı həbs olundu, ancaq bu onun mübarizədən çəkindirmədi. Qeyd edim ki, həmin vaxt milli mücadiləyə dəstək olan insanları müxtəlif bəhanələrlə həbs edirdilər. O zaman sahibkarlıqla məşğul idim və azadlıq hərəkatının fəalı olduğum üçün məni də sənədlərim qaydasında olmamasını səbəb kimi gətirib həbs etdilər.
Qismət elə gətirdiki,Hacı Natiq ilə Həcc ziyarətində də (2006-cı il) bir yerdə olduq. Müqəddəs torpaqları bir yerdə ziyarət etdik. Çox imanlı, təqvalı, səxavətli bir insan olaraq xalqın hörmətin qazana bilmişdi. Mərhumu dəfn edəndən indiyə kimi məclis bir an boş olmayıb, insanlar axın-axın gəlirlər. Hacı Natiq Azərbaycanımız üçün dəyərli biri idi.
– Hacının təzyiqlərə məruz qaldığı deyilirdi…
– Bəli. Hacı Natiq 2012- ci il mayın 28-ində sahibkarlara qarşı olan basqıya görə, bir-neçə sahibkarla aclıq aksiyasına başlamışdı. Aksiyanın üçüncü günü rayonda baş verən hadisələri məktuba yazır və övladına tapşırır ki, ATƏT-in Bakı ofisinə göndərsin. Ancaq poçt məktubu ATƏT-ə göndərməyib. Bununla bağlı məsələni aydınlaşdırmaq üçün Hacı Natiq iki oğlunun köməkliyi ilə poçt idarəsinə gəlib. Bu zaman 20-a yaxın polis əməkdaşı Hacı Natiq və iki oğlunu həbs edərək polis şöbəsinə aparırlar. Daha sonra rayonda yaranan gərginliyi azaltmaq üçün övladıları 6 saat saxlanıldıqdan sonra sərbəst buraxılır. Ancaq hacını buraxmırlar. Adını da qoydular ki, poçt idarəsini dağıdırdı və bizdə müdaxilə etdik. Elə bu adla da cinayət işi qaldırıldı və 315.1 maddəsi ilə (xuliqanlıq) cinayət işi davam etdirildi.Uzun sürən məhkəmə prosesinin sonunda 1.5 il azadlıqdan məhrum edildi.
Hacı Natiq 5-6 ay olardı ki,azadlığa çıxmışdı. Səhhətində problem yaşayan Hacı Natiq uzun sürən xəstəlikdən sonra dünən haqq dünyasına qovuşdu.Bütün ailə üzvlərinə,yaxınlarına və rayon ictimaiyyətinə baş sağlığı verirəm.

Saday FƏRƏCOV

11949825_953161668110879_1538196639_n

www.yenicag.az

1578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv