Neftçala sakini qardaşını güllələyərək qətlə yetirdi

Müəllif: Redaktor

Editor

intihar gencDaxili İşlər Nazirliyi (DİN) Neftçalada törədilən qətllə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 19-na keçən gecə Neftçala rayonunun Mirqurbanlı kəndində kənd sakini Dadaş Əliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Fəridi öldürüb.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində D.Əliyev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
Neftçalada qətl hadisəsi baş verib.

Gecə radələrində Neftçala rayonu Mirqurbanlı kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Dadaş Cəfər oğlu, qardaşı 1994-cü il Əliyev Fərid Cəfər oğlunu odlu silahla qətlə yetirib.

Hadisənin təfərrüatları Neftçala prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılır.

Hazırda meyit müayinə olunmaq üçün patoloji anatomiya mərkəzinə yerləşdirilib. Hadisə barədə əlavə məlumatlar veriləcək.(APA)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır