Yazı İçi 468×60

1475752224_untitled-2Neftçala rayon Hüseyn Cavid parkına direktor təyin edilən Aygün Abdullayevlə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. 365.az-a məktub ünvanlayan Neftçala sakini onun bu günə qədər yol verdiyi nöqsanlardan bəhs edib, gələcək planları barədə məlumat verib.

“Hələ rayonun “Kimya şəhərciyi” adlanan yaşayış məhəlləsində yaşayarkən adı kimya müəlliməsi kimi məktəbdə gedən bu qadın qanunla qadağan olunmuş hər şeyin alveri ilə məşbul məşğuliyyətə görə ad çıxarıb. Sonradan hansısa şübhəli və müəmmalı yolla Neftçala rayon 2 saylı orta məktəbin direktoru vəzifəsinə sahiblənib. Bu müddətdə məktəbdə baş verən bütün qalmaqqalı hadisələr onun adı ilə bağlı olub. Buraya “rüşvət almaq”, “şantaj etmək”, “böhtan atmaq” və s. insana yaraşmayan əməllər daxildi” deyə şikayətçi yazır.

Mənbə daha sonra bildirir ki, Aygün Abdullayevinin oğlu quldurluğa görə cinayət məsuliyyətinə cəlb olunub: “Direktor işlədiyi dövrdə oğlu bir qrup şəxslə Şirvan şəhərində quldurluq əməli törətdiyinə görə məsuliyyətə cəlb olunmuş və həbs edilmişdi. Öz doğma övladına tərbiyə verə bilməmiş bir qadın hansı haqqla millətin övladlarına təhsil, tərbiyə verən təhsil ocağına rəhbərlik edir. Ümumiyyətlə, o, oğlunun əməllərini hansı yolla hər kəsdən gizlədə bilib”.

Məktubun müəllifi daha sonra çox maraqlı faktlar açıqlayıb: “Özünün bildirdiyinə görə, 40 min manat verərək 61 saylı Dairə Sekçi Komissiyasına sədr təyin olunub. Gələn kimi başlayıb pul yığmağa. Deyilənə görə, indi 10 min manat verərək özünü Hüseyn Cavid adına mərkəzi parka müdir təyin etdirib. Bu dəfəki hədəfi isə parkdakı obyekt sahibləridir. O, obyekt sahiblərindən pul tələb edir, verməyənləri obyektlərini sökdürməklə hədələyir. Aygün Abdullayevanın yaxınlarına bildirdiyinə görə burdan yaxşı pul toplayaraq Neftçala rayon mədəniyyət şöbəsinə müdir getmək istəyir”.

Mənbənin bildirdiyinə görə, Aygün Abdullayevanın himayəçisi Neftçala İcra Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqovadır.

İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."