“Neftçi” rəhbərliyi xalqı aldadır

Müəllif: Redaktor

Editor

“”Neftçi”nin durumu hamını narahat edir. Hətta klubun keçmiş üzvləri yeni rəhbərliyin siyasətini dəstəkləmir və onu komandanı uçuruma apardığını deyirlər. Bu şəxslərdən biri də “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovdur.

Yeniçağ.az-a danışan sabiq vitse-prezident klubun həyata keçirtdiyi transfer siyasətinin lazımsız olduğunu bildirib:

“”Neftçi”nin hazırki durumu heç də ürəkaçan deyil. Əvvəl gəncləşdirmə siyasəti apardıqlarını dedilər, indi də kütləvi şəkildə legioner alıb qaytarırlar, yenilərini gətirirlər. İndi də yayda yüksək məbləğ qarşılığında transfer etdikləri səviyyəsiz legionerlər göndərilir, onların yerinə kütləvi halda yeni əcnəbi futbolçular alırlar.

Altı aydan bir komanda dəyişilir. Diqqət edin, bu mövsüm alınan legionerlərin sayını 15-ə çatdırıblar. Halbuki, iki ildir uğursuzluğu ört-basdır etmək üçün xalqı aldadaraq bildirirdilər ki, pulumuz yoxdur. Hazırda təkcə müdafiənin mərkəzində artıq 3 legioner var. “Neftçi”nin çempionluqlar qazandığı dönəmdə müdafiənin mərkəzində bu sayda legionerdən istifadə olunmayıb. Üstəlik, heyətdə təcrübəli Mahir Şükürov, U-21-n istedadlı üzvü Məqsəd İsayev ola-ola milliləşdirilmiş Pavel Paşayevi də gətirmək istəyirlər. Legioner limitini nəzərə alsaq, heyətdə 6 legioner çıxış edə bilər. “Neftçi”də mövqelər üzrə keyfiyyətli yerli futbolçu qıtlığı yaranıb. Gələn legionerlərin 3-4-ü “əcnəbi futbolçu limiti”nə görə ehtiyatda qalacaq.

Bu sayda legionerə vəsait xərcləməkdənsə, həmin pula daha səviyyəli 3-4 legioner alınmalı idi. İqtisadi böhran dönəmində bu qədər vəsait sərf olunmamalıdır”.

 

Aygün İlqarqızı

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir