“Neftçi”də borc qalmaqalı…

Müəllif: Redaktor

Editor

“Neftçi”nin sabiq seleksiyaçı-məşqçisi, bir çox tanınmış futbolçunun ölkəmizə transferində səbəbkar olan Bəxtiyar Musayevin adı yenidən gündəmə gəlib. Sabiq məşqçi keçmiş klubunun ona borclu olduğunu deyib.

Məsələ ilə bağlı adıçəkilən klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovla əlaqə saxladıq. Yeniçağ.az-a danışan klub rəsmisi keçmiş məşqçiyə borcun olub-olmamasından danışıb:

“Problem yoxdur. Bəxtiyar Musayev uzun illər “Neftçi”nin şərəfini qoruyub, formasını geyinib. Sonradan da məşqçi kimi əməyi olub. Əsas bu borcdur – yəni mənəvi borc…

O ki qaldı maddi borca, bunun üçün Bəxtiyar müəllim kluba müraciət etməlidir. Bundan sonra müvafiq şöbə məsələyə baxacaq və həllini tapacaq. Təbii ki, borc qalıbsa…

Əgər müraciə edibsə, demək məsələyə baxılıb, ona cavab veriləcək”.

Bəxtiyar Musayevin “”Neftçi”dən pulumu qəpiyinə qədər alacam” – sözlərinə də münasibət bildirən M.Rəsulov:
“Mübarizə aparmağa ehtiyac yoxdur, müraciət etməsi yetərlidir”- deyə, cavab verib.

Aygün İlqarqızı
Yeniçağ.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir