!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Neftçi"dən Çingiz Abdullayevə hörmətsizlik - FOTO

!Reklam – Yazi

İyulun əvvəlində “Neftçi”nin təsisçisi struktur dəyişikliyinə gedərək, klubun təkbaşına icra orqanı olan prezident tərəfindən idarə edilməsinə qərar verdi.

Yenicag.az xəbər verir ki, Orxan Hüseynzadə prezident, Elnur Eyvazov isə vitse-prezident postuna təyin olundular. Klub tərəfindən açıqlanan rəsmi qərarda xalq yazıçısı Çingiz Abdullayevin sədrlik etdiyi Müşahidə Şurasının taleyinə də aydınlıq gətirildi. Qeyd olundu ki, Müşahidə Şurası əvvəlki tərkibdə “Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək. Əslində isə bu, heç də inandırıcı görünmədi. Əgər bütün səlahiyyətlər klub prezidentinə verilibsə, deməli, AFFA rəhbərliyinin Müşahidə Şurasının siyasəti fiaskoya uğrayıb. Elə bu səbəbdən də, əvvəlki imicini qaytarmaq üçün klubun təkbaşına icra orqanı olan prezident tərəfindən idarə edilməsinə qərar verilib. Onsuz da “Neftçi”nin atdığı son addımlar da Çingiz Abdullayevin klubda sevilməyən şəxsə çevrildiyindən xəbər verir. Bakılıların rəsmi “facebook” səhifəsi vasitəsi ilə şuranın üzvü Fərhad Bədəlbəyliyə dünyasını dəyişən həyat yoldaşı Nailə xanımla bağlı verdiyi başsağlığı da bunu təsdiqləyir.

Başsağlığında qeyd olunub:

“Klub prezidenti Orxan Hüseynzadə və “Neftçi” ailəsi”…

Bəs, Abdullayev bu ailədən deyilmi? Və yaxud da başsağlığı belə verilərkən “Orxan Hüseynzadə və “Neftçi” ailəsi” yazıb, ayrıseçkilik etməyə nə gərək var? İndiyədək klubların başsağlığında prezidentin adının ayrı yazıldığını görmüşdünüzmü? “Neftçi” bu addımı ilə xalq yazıçısına həm də hörmətsizlik etmiş oldu.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

1133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv