yenicag.az
yenicag.az

Neftçilərimiz Rusiyada da anıldı – FOTO

Neftçilərimiz Rusiyada da anıldı – FOTO

Müəllif: Redaktor

Editor

12336391_512701742231780_1004882180_nDənizdə həlak olmuş neftçilərin xatirəsi yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən anılır.

Dünən isə Moskvada yüzlərlə insan Azərbaycanın Rusiyadakı səfirliyin binasına gələrək itkin neftçilərimizi qərənfillərlə anıblar.

Əksəriyyəti ÜAK ,AMİİF və ASGA üzvləri və Moskvada təhsil alan azərbaycanlı tələbələrdən ibarət olan mərasim iştirakçıları səfirlik binası qarşısına qərənfillər qoyaraq itkin düşmüş neftçilərimizin xatirəsini gözyaşları və dualarla anıblar. Səfirliyin binası qarşısında şamlar yandırılıb. Aksiyada iştirak edənlər arasında digər millətlərin nümayəndələri də olub. Səfirliyin müşaviri Vüqar İmaməliyev ÜAK içraçı direktoru İlqar Hacıyev, gənc diaspor rəhbərləri – Azərbaycan Mədədniyyətinin İntibah və İnkişaf Fondunun sədri, Ümumrusiya Azərbaycan Kongresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru Şamil Tağıyev və ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili çıxış edərək aksiya iştirakçılarına Azərbaycan xalıqı ilə həmrəylik nümayiş etdirdikləri üçün təşəkkür ediblər.

Rusiya Azərbaycan Dostluq Mərkəzinin direktoru Natalya Krasovskaya Rusiya cəmiyyətinin də Azərbaycan xalqı ilə birlikdə kədərləndiyini bildirib.
Natalya Krasovskaya bildirib: “Bir insan kimi böyük bir dövlət də acılı günlərdə özünü tək hiss etməməlidir, ona görə də bu gün biz burdayıq”.

Cəmiyyət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti