Yazı İçi 468×60

axtarislar-21-dekabr-1“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan verilən məlumata görə, hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti, sürəti bir daha təhlil olunub və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib. Axtarış-xilasetmə əməliyyatları uzunluğu 125 km, eni isə 108 km olan geniş ərazidə həyata keçirilir.

Axtarış-xilasetmə əməliyyatları çərçivəsində Fövqəladə Hallar Nazirliyi Kinoloji xidmətinin xilasediciləri, Xəzər-Zirə (Bulla) adasına sahilboyu baxış həyata keçirib. Bundan əlavə, Dövlət Neft Şirkətinin Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları da xilasetmə əməliyyatlarına cəlb olunub.

Əməliyyatlar, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv şəkildə davam etdirilməkdədir.

Axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi ilə əlaqədar olaraq, Axtarış-xilasetmə Qərargahı tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzləri ilə mütəmadi məlumat mübadiləsi aparılmaqdadır.

Sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən də axtarış tədbirləri davam etməkdədir.

Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 52
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."