Yazı İçi 468×60

ede4218a04f9fceffa41b6399ad96a3bSOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən “Neft Daşları”nın 3 əməkdaşının axtarışları dayandırıla bilər.

Bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

Baş mühəndis qeyd edib ki, sabahdan etibarən hava şəraiti kəskin pisləşir və bu səbəbdən itkin düşən neftçilərin axtarışları müvəqqəti dayandırıla bilər: “Helikopterlərlə axtarışların aparılmasına dair qərarı Fövqəladə Hallar Nazirliyi verir. Gəmilərlə axtarış hava şəraitinin kəskin pisləşməsi səbəbindən müvəqqəti dayandırıla bilər. Özüllərdə, idarələrdə iş qrafiki küləyin sürətinə uyğunlaşdırılacaq”.(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 22
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."