Neftçilərin axtarışları nə yerdədir?

Müəllif: Redaktor

Editor

gunneft20160122“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi axtarışlar aparır.

Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, axtarışlar bir nəticə verməyib. Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur. Fövqəladə Hallar Nazirliyinin 1 gəmisi yanğın ərazisində monitorinq aparır.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 10 nəfərin cəsədi tapılıb.

Hazırda itkin düşən neftçilərin axtarışı davam etdirilir.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir