!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftçilərin kredit borcu silindi

!Reklam – Yazi

2bc9feda0cbe92a097159dc3194ddbe6Bank of Baku itkin düşən və həlak olan neftçilərin kreditləri ilə bağlı qərar qəbul edib.

“Qafqazinfo”ya bankdan daxil olan məlumata görə, “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində yaşanmış faciə bütün ölkəni olduğu kimi, Bank of Baku ailəsini də sarsıdıb.

Yanğında həyatını itirən və itkin düşən neftçilər arasında, sayı 11 olmaqla, bankın daimi müştəriləri də var. Bank of Baku, faciə nəticəsində həyatını itirmiş və itkin düşmüş neftçilərin ailələrinə dəstək məqsədi ilə, həmin neftçilərin bankda mövcud olan bütün kredit borclarının bağışlanması qərarını qəbul edib.

Bank of Baku, neftçilərin vəfatından kədərləndiyini bildirir, onların ailə və doğmalarına dərin hüznlə başsağlığı verir.

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv