!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Neftçilərin xatirəsinə abidə ucaldılsın”

!Reklam – Yazi

zahidoruc17“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın zamanı həlak olanların xatirəsini əbədiləşdirmək üçün heykəl ucalsın.

Belə bir təklifi Milli Məclisin deputatı Zahid Oruc şəxsi “Facebook” hesabında yazıb. O, vurğulayıb ki, Azərbaycan xalqının yanğın zamanı ölən şəxslərin xatirələrini yad etməsi üçün heykəl ucalsa yaxşı olar: “İndi millətimizin hüznlü günlərində içərisində qəhər olan on minlərlə insanımız dənizin udduğu adamların əvəzində bir ehtiram və ziyarət ünvanı axtarır ki,onlara mənəvi borcunu qaytarsın,xatirələrini yad etsin.Varmı belə ünvan? Azərbaycanı yüz illərdir dünyanın mərkəzinə çevirən neftin və neftçinin çarizmin vaxtından istila edilmiş Bakının bütün simasını dəyişən bir sərvətə, onu xalqınkı edən neftçi ordusuna bir abidəni belə çox görməsi heyrətamizdir. Yəqin,bütün dünyanın gözünü çəkən bir sərvətin bəlalarından və xalqı tənbəlləşdirən “lənətlənmiş resurs” olması haqda uydurmalardan çıxış edib çoxları təhtəlşüurunda onu “bədbəxtlik gətirən nemət”, işçiləri isə ağaların qulları saydıqlarından “köləlik nişanəsi”ni xatırladan simvollardan qaçıblar. Halbuki, dəniz dövlətin və millətin varlığıdır – neftsiz olsa belə. Oarda çəkilən yolların Vətən torpaqları üzərindən inşa edilmiş qovuşuqlardan və ya körpülərdən heç bir fərqi yoxdur. Ona görə də dənizi “ölüm ünvanı” kimi deyil, hünəri ilə xarüqələr yaradan, tufanların içərisində əsil döyüşçüyə çevrilən və “qara qızılı” bir millətin mülkiyyətinə çevirən insanları qəhrəmanlıq yeri olaraq tanımaq, onu bir xalqın abidəsinə döndərmək lazımdır. Hər halda qərənfilləri dənizə axıdanları görüb içərisində onsuz da o sulara qatdığımız yüz cür qatqıdan sonra bizim əməyi və rəşadəti ilə öyünmək istədiyimiz adamlara borcumuzu qaytarmalıyıq. Dəniz qurbanları ilə təkcə nisgil yerimiz deyil.”Günəşli”ni quran yaradıcı əlləri,”Neft daşları”nı və onlarla estakadanı tikib dənizin ürəyində özünə yer edənləri qəlbimizdə yaşatmaq üçün bir simvolun kölgəsinə yığılmaya ehtiyacımız var. Bizim başımızı uca edən neftçilərin qarşısında ildə bir dəfə başımızı endirməliyik!”.

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv