!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi”ni ələ salan futbolçuya münasibət – AÇIQLAMA

!Reklam – Yazi

neftcilogoXəbər verdiyimiz kimi, “Neftçi”nin transfer etmək istədiyi çexiyalı yarımmüdafiəçi Lukaş Droppa ölkəsinin mətbuatında “Neftçi” ilə bağlı fikirlər səsləndirib. Rusiyanın “Tom” klubundan ayrılandan sonra sərbəst qalan 27 yaşlı futbolçu Azərbaycanın autsayder komandasına keçmək istəmədiyini söyləyib.

Məsələ ilə bağlı “Neftçi”dən münasibət öyrənməyə çalışdıq. Adıçəkilən klubun mətbuat katibi Mehman Rəsulov bu cür hallara reaksiya vermək istəmədiklərini bildirsə də “çox futbolçu adını “Neftçi” ilə hallandırıb, gündəmdə qalmağa çalışır”-deyə, qeyd edib.

Onu da deyək ki, bu gün “Neftçi” daha bir futbolçu ilə anlaşıb. Kiyev “Dinamo”sunun yetirməsi Kiril Petrov “ağ-qaralar”ın şərəfini qoruyacaq.

Onun sonuncu komandası isə Ukraynanın “Olimpik”i olub. Petrov 2016-cı ilin fevralından çıxış etdiyi Donetsk klubu ilə yollarını dünən ayırıb. O, “Neftçi”yə havayı başa gələcək. Müdafiəçi Bakı klubu ilə ilyarımlıq müqavilə bağlayacaq.
Petrov “Neftçi”nin Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext və İqnasio Erreradan sonra 5-ci transferi olub.

 

Aygün İlqarqızı
Yenicag.az

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv